İranın Kirman əyalətində baş verən avtobus qəzasında 7 nəfər ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, Pərdisir Bağin magistral yolunda qeydə alınmış yol-nəqliyyat hadisəsi zamanı daha 31 nəfər isə xəsarət alıb.
Hadisə yerli vaxtla saat 03:00 radələrində baş verib. Bildirilir ki, avtobus sürücüsü idarəetməni itirib və avtomobil aşıb.
Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.