“Ölkə Prezidentinin təşəbbüsü və tapşırığı ilə 2007-ci ildən ölkədə Gənclər Mərkəzlərinin tikintisinə başlanılıb. Hazırda ölkədə 40 Gənclər Mərkəzi fəaliyyət göstərir”.
APA-nın xəbərinə görə, bunu Gənclər və idman naziri Azad Rəhimov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, onlardan 12-si Gənclər və idman nazirliyinin tabeliyindədir və “Gənclər evi” sosial xidmət müəssisəsi kimi rəsmi qeydiyyata alınıb.
Digər 27-si isə müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən inşa edilib. Onların fəaliyyəti məxsus olduqları qurum tərəfindən tənzimlənir.
Yaxın zamanlarda Masallı və Goranboy rayon Gənclər Evi də nazirliyin tabeliyinə veriləcək.