Bakıda iki avtomobil yanıb

Bakıda iki avtomobil yanıb
# 23 yanvar 2018 06:14 (UTC +04:00)

Bakı şəhəri, Nizami rayonunda "Mercedes" markalı minik avtomobilinin yanar hissələri və yaxınlıqda olan "QAZ" markalı yük avtomobilinin kuzasının taxta üzlüyü qismən yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR