Pompeo: “ABŞ-ın İranda rejimi dəyişmək niyyəti yoxdur”

Pompeo: “ABŞ-ın İranda rejimi dəyişmək niyyəti yoxdur”
# 24 may 2018 23:20 (UTC +04:00)

“ABŞ-ın İranda rejimi dəyişmək niyyəti yoxdur”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Senatda keçirilmiş dinləmələr zamanı senator Ben Kardin M.Pompeodan İranda hakimiyyətin dəyişməsinin ABŞ-ın məqsədi olub-olmadığını soruşub.

“Xeyr, ser”, - deyə Pompeo cavabında bildirib.

Dinləmələrdə ABŞ-da yaşayan və Vaşinqtonun Tehrana qarşı sərt siyasətini dəstəkləyən bir qrup iranlı iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR