Koalisiya İŞİD liderinin öldürüldüyünü təsdiqləmir

Koalisiya İŞİD liderinin öldürüldüyünü təsdiqləmir
# 12 iyul 2017 05:21 (UTC +04:00)

İŞİD terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiya qruplaşmanın lideri Əbu Bəkr Əl Bağdadinin öldürüldüyünü təsdiqləyə bilmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə əməliyyat komandanı general Stiven Taunsend bildirib.

“Əl Bağdadinin öldürülməsini mən nə təsdiq, nə də təkzib edə bilirəm”, - deyə general bildirib.

Ötən gün İŞİD terror təşkilatı Əbu Bəkr Əl Bağdadinin öldüyünü bəyan edib.

Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatı əl-Bağdadinin ölüm faktını təsdiqləyən şəkillər yayıb. Ötən ayın ortalarında isə Rusiya Müdafiə Nazirliyi Əl Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR