Ermənistanda əsgər analarının döyülməsi ilə bağlı cinayət işinə xitam verilib

Ermənistanda əsgər analarının döyülməsi ilə bağlı cinayət işinə xitam verilib
# 19 avqust 2015 11:46 (UTC +04:00)

APA-nın "epress.am" saytına istinadən verdiyi məlumata görə, istintaq xidməti polislərin davranışlarını qanuni hesab edib.

2010-cu ildə qeyri-döyüş şəraitində həlak olmuş Artur Qazaryanın anası İrina Qazaryan cinayət işinin bağlanmasına münasibət bildirərək deyib ki, bunu gözləyirdi: “Mən əvvəldən bilirdim ki, heç kimi cəzalandırmayacaqlar. Çünki bizdə dövlət yoxdur, ədalət yoxdur”.

Xatırladaq ki, bu il mayın 13-də qeyri-döyüş şəraitində ölmüş hərbi qulluqçuların valideynləri Ermənistan prezidentinin iqamətgahı qarşısında növbəti aksiya keçirməyə cəhd göstərərkən ciddi polis zorakılığı ilə üzləşib. Əsgər anaları dəfələrlə Prezident Administrasiyasının qarşısına toplaşmağa cəhd etsələr də, polis bu addımın qarşısını alıb. Polislər məlumat verib ki, Prezident Administrasiyasının qarşısına toplaşmaq bu il fevralın 11-dən qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR