Yevlaxda qəbiristanlıqdan oğurluq edən şəxslər tutulub

Yevlaxda qəbiristanlıqdan oğurluq edən şəxslər tutulub
# 24 iyul 2018 09:40 (UTC +04:00)

Yevlax rayonunda qəbristanlıqdan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 23-də Yevlax Rayon Polis Şöbəsinə rayon ərazisindəki qəbristanlıqların birində qəbirlərin ətrafına quraşdırılmış metal çəpərlərin oğurlandığı barədə müraciət daxil olub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Sadəddin Əhmədov və Mahir Məmmədov olduqları müəyyən edilib.

Metal qəbulu məntəqəsinə satdıqları çəpərlərin bir hissəsi maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR