İstanbulda Türk tarixini araşdıran jurnalistin xatirə mərasimi keçirilib - FOTOSESSİYA

İstanbulda Türk tarixini araşdıran jurnalistin xatirə mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 08 avqust 2015 18:43 (UTC +04:00)

İstanbul. Mais Əlizadə-APA. Türk tarixini qayaüstü rəsm və yazılardan araşdıran jurnalist Sərvət Somunçuoğlunun İstanbulda xatirə mərasimi keçirilib. APA-nın Türkiyə müxbirinin məlumatına görə, Turan araşdırmalar dərnəyi və Turan mədəniyyət fondu tərəfindən təşkil edilən mərasimdə Sərvət Somunçuoğlunun həyat yoldaşı Nevin Somunçuoğlu çıxış edərək deyib ki, 2001-ci ildən başlayaraq Sərvət Somunçuoğlu Türk tarixini ilk mənbələrdən araşdırmaq məqsədi ilə Çindən Balkan yarımadasınadək bir çox ölkədə olub: “Ezamiyyətlərinin bəzilərində mən də iştirak etdim. Monqolustandakı və Sibirdəki qədim Türk abidələrini təfərrüatlı şəkildə araşdırandan sonra Sərvət bu nəticəyə gəldi ki, o abidələr türklərin daş üzərinə yazdığı ilk yox, son yazılardır. TRT-nin Türk dünyası ilə bağlı çəkdiyi sənədli filmlərdə Sərvətin önəmli payı var. Bundan sonra əsas məqsədimiz onun yarımçıq qalmış işlərini kitab halında oxuculara çatdırmaqdır”.

Burak Somunçuoğlu isə atasının 2011-2012-ci illərdə Monqolustan və Sibirə ezamiyyətlərinə onu da apardığını xatırladaraq, ali təhsilini tamamladıqdan sonra onun işlərini davam etdirəcəyini vurğulayıb.

Mrəasimdə çıxış edən QHT rəhbərləri və elm adamları jurnalist Sərvət Somunçuoğlunun Türk tarixinin qaranlıq nöqtələrinin işıqlandırılması üçün gördüyü işlərin önəmindən bəhs ediblər. Mərasimin sonunda Sərvət Somunçuoğlunun xatirəsinə hazırlanmış plaketlər ailəsinə təqdim edilib.

Qeyd edək ki, 1964-cü ildə Türkiyənin Girəsun vilayətində anadan olan Sərvət Somunçuoğlu, 1985-ci ildə Ərzurumdakı Atatürk universitetinin pedaqogika fakültəsini bitirib. Bir il müəllim işləyəndən sonra TRT-də çalışmağa başlayan Sərvət Somunçuoğlu Türkiyədə və Çindən Balkan yarımadasına qədər Türklərin yaşadığı məkanlarda qayaüstü yazıları fotolara köçürərək kitab şəklində çap etdirib. Türklərin tarixi ilə bağlı TRT-nin çəkdiyi sənədli filmlərdə önəmli dərəcədə payı olan Somunçuoğlu, Qobustandakı qayaüstü rəsmlərin də fotosunu çəkərək kitablarına daxil edib. Qayaüstü rəsmləri və məzar daşlarını çəkmək üçün sonuncu dəfə Gürcüstanın Borçalı bölgəsinə ezamiyyətə gedən Somunçuoğlu, 2013-cü ildə qəflətən vəfat etdiyinə görə, əldə etdiyi materiallar əsasında elmi dəyərləndirmələr aparması mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR