Beynəlxalq Cinayət Məhkəməsi Malidə hərbi cinayətlə bağlı işə baxacaq

Beynəlxalq Cinayət Məhkəməsi Malidə hərbi cinayətlə bağlı işə baxacaq
# 01 aprel 2018 11:32 (UTC +04:00)

Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Malidə hərbi cinayətdə şübhəli sayılan şəxslə bağlı işə baxacaq.

APA-nın Alman dalğası radiosuna istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Cinayət Məhkəməsi bəyanat yayıb.

Əl-Hasan Malidə bəşəriyyət əleyhinə cinayət törətməkdə şübhəli sayılır. O, 2012-ci ilin aprelindən 2013-cü ilin yanvarına qədər Timbuktu şəhərində mavzoleylərin dağıdılmasında, qadın və qızlara qarşı seksual zorakılıq, işgəncə və insan alverində verməkdə ittiham olunur.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 2016-cı ildə Mali vətəndaşı Əhməd əl-Fakini Timbuktu şəhərində mədəniyyət abidələrinin məhvinə görə 9 il azadlıqdan məhrum edib. Ə-Hasana qarşı məhkəmə də Əhməd əl-Faki ifadə verəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR