Putin KTMT-nin baş katibi ilə görüşüb

Putin KTMT-nin baş katibi ilə görüşüb
# 28 noyabr 2017 22:18 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovu qəbul edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu Yuri Xaçaturovun KTMT baş katibi vəzifəsində V.Putinlə ilk görüşü olub.

Qeyd edək ki, noyabrın 30-da Minskdə KTMT-nin sammiti keçiriləcək. Baş katib sammit ərəfəsində üzv ölkələrə səfər etməkdədir.

Xatırladaq ki, Yuri Xaçaturov 2017-ci ilin aprelin 14-də KTMT sədri vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR