Pekində təhsil alan azərbaycanlı tələbələr beynəlxalq mədəniyyət festivalına qatılıblar

Pekində təhsil alan azərbaycanlı tələbələr beynəlxalq mədəniyyət festivalına qatılıblar
# 28 sentyabr 2017 04:08 (UTC +04:00)

Sentyabrın 25-26-da Pekindəki Çin Neft Universitetində (China University of Petroleum-Beijing) beynəlxalq mədəniyyət festivalı təşkil olunub.

Azərbaycanın Çindəki səfirliyindən APA-ya verilən məlumata görə, 40-a yaxın ölkənin stendinin qurulduğu festivalda səfirliyin dəstəyi ilə bu təhsil ocağında təhsil alan tələbələrimiz də fəal iştirak ediblər.

Tədbirin birinci günündə Azərbaycanın milli mədəniyyəti, tarixi, turizm potensialı və Azərbaycan həqiqətlərini əks etdirən kitab, jurnal və posterlər sərgilənmiş, milli geyimli tələbələr tərəfindən milli rəqslərimiz qonaqlara nümayiş etdirilib.

Tədbirin ikinci günü isə, kulinariya günü olaraq nəzərdə tutulub və iştirakçı ölkələrin milli mətbəx nümunələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR