Qobustanda qardaş bacısını bıçaqlayıb

Qobustanda qardaş bacısını bıçaqlayıb
# 25 noyabr 2019 13:27 (UTC +04:00)

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çalov kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Yaqubov Füzuli Rahib oğlu qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Dünyaxanım Yaqubovanı bıçaqlayıb. 3 bıçaq xəsarəti alan qadın Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən F.Yaqubov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR