FHN işçilərinin Həmkarlar İttifaqının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

FHN işçilərinin Həmkarlar İttifaqının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
# 31 mart 2017 10:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə FHN-in Aparat və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitə sədrləri 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

FHN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, ziyarətçilər əvvəlcə Qudyalçay vadisində yerləşən, soyqırımı izini itirmək istəyən erməni cəlladlarının qədim Qubanın su ehtiyat anbarları kimi istifadə olunmuş quyulara atdığı faciə qurbanlarının kütləvi sümük qalıqları olan məzarlığa baş çəkiblər.

Sonra kütləvi məzarlığın yanında ucaldılan Memorial Kompleksdə soyqırımına aid 19 bölmədən ibarət, 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən foto-şəkillərlə başlayan və qanlı hadisələrdən sonra cinayəti tədqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqda qərarı və komissiyanın sənədləri, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xüsusi məzmunlu xəritə, Heydər Əliyevin soyqırımı haqqında sərəncamı və digər tarixi sənədlərin olduğu muzey ekspozisiyası ilə tanışlıq olub.

Soyqırımı kompleksinə ziyarətdən sonra, FHN əməkdaşları Quba şəhəri Heydər Əliyev Mərkəzində, Quba Xalçaçılıq Muzeyində, Quba rayon Tarix-diyarşünaslıq Muzeyində və bir sıra tarixi yerlərə baş çəkiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR