Gürcüstanda azərbaycanlı həkimin işi üzrə məhkəmə təxirə salınıb

Gürcüstanda azərbaycanlı həkimin işi üzrə məhkəmə təxirə salınıb
# 29 yanvar 2018 17:05 (UTC +04:00)

Tbilisi şəhər məhkəməsində bu gün “Lanset” klinikasının direktoru Fərman Ceyranlının işi üzrə növbəti dinləmə keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, dinləmədə üç vəkilin birinin çıxışı dinlənilib.

Məhkəmənin iş üzrə yekun qərarı bu gün qəbul edəcəyi nəzərdə tutulsa da, hakim Maya Kokiaşvili məhkəmə prosesini fevralın 6-a qədər təxirə salıb.

Qeyd edək ki, cərrah F. Ceyranlı dələduzluq maddəsi ilə ötən ilin may ayında Gürcüstanda həbs olunub. O, klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunub. İttiham üzrə azərbaycanlı həkim 6 ildən 9 ilədək azadlıqdan məhrum oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR