İyunda bankların AMB-də müxbir hesablarındakı vəsait 6% azalıb

İyunda bankların AMB-də müxbir hesablarındakı vəsait 6% azalıb
# 26 iyul 2018 13:52 (UTC +04:00)

2018-ci il iyulun 1-nə bankların Azərbaycan Mərkəzi Bankında (AMB) müxbir hesablarda saxladığı vəsaitin həcmi açıqlanıb.

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, hesabat dövründə bankların AMB-dəki müxbir hesablarında 2 mlrd. 180,1 mln. manat olub. May ayı ilə müqayisədə iyundan bankların AMB-dəki müxbir hesabları 138,7 mln. manat və ya 5,98% azalıb.

Ümumiyyətlə ilin əvvəlindən bankların AMB-də müxbir hesabları 147,9 mln. manat və ya 7,28% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR