Paşha Bank
Bank Of Baku

Toylarda karantin qaydalarını pozan daha 4 nəfər cərimələnib

Toylarda karantin qaydalarını pozan daha 4 nəfər cərimələnib
# 16 dekabr 2021 09:48 (UTC +04:00)

Dekabrın 15-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 168 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyininn mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq 166 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 10 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR