Pentaqon ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin sayını açıqlayıb

Pentaqon ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin sayını açıqlayıb
# 30 avqust 2017 21:05 (UTC +04:00)

Hazırda ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin sayı təxminən 11 min nəfər təşkil edir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələri Qərargah rəisləri komitəsinin nümayəndəsi Kennet Makkenzi bəyan edib.

“11 min təxmini rəqəmdir. Real rəqəm bundan aşağı və yuxarı da ola bilər”, deyə K.Makkenzi bildirib.

Avqustun 22-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ bundan sonra Əfqanıstanda həyata keçirdiyi əməliyyatlar barədə əvvəlcədən məlumat verməyəcək və bu ölkədə yerləşdirilən hərbi kontingentinin dəqiq sayını açıqlamayacaq.

Qeyd edək ki, bundan əvvəl 2001-ci ildən Əfqanıstanda "Taliban" hərəkatına qarşı hərbi əməliyyatlar aparan ABŞ-ın bu ölkədə 8400 hərbi qulluqçusu olduğu bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR