Göygöl rayonunda yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qırıqlı kəndində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik maşını yoldan çıxaraq aşıb. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.