Azərbaycanda kreditlərlə sərmayə qoyuluşu kəskin azalıb

Azərbaycanda kreditlərlə sərmayə qoyuluşu kəskin azalıb
# 19 dekabr 2019 10:00 (UTC +04:00)

Azərbaycanda bank kreditləri ilə ölkə iqtisadiyyatına sərmayə qoyuluşu kəskin azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən xəbərə görə, bu ilin yanvar-noyabr ayları ərzində bank kreditləri ilə ölkə iqtisadiyyatına sərmayə qoyuluşu 987 mln. manat təşkil edib. Beləliklə, kreditlərlə sərmayə qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 41% azalıb.

Hesabat dövründə cəmi investisiyalarda bu kateqoriyadan olan vəsaitlərin xüsusi çəkisi də 12,6%-dən 7,7%-ə enib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 786,9 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8% az vəsait yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR