Mehman Əliyev barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB

Mehman Əliyev barəsində həbs qətimkan tədbiri seçilib  - <span style="color: red;">YENİLƏNİB
# 25 avqust 2017 14:50 (UTC +04:00)

Yasamal Rayon Məhkəməsində "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

APA-nın məlumatına görə, hakim Azər Tağıyev sədrlik etdiyi məhkəmə iclasında M. Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.

***

14.33

"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə qarşı daha bir ittiham irəli sürülüb.

APA-nın məlumatına görə, vəkil Fuad Ağayev bildirib ki, M. Əliyev qanunsuz sahibkarlıqda da ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.

Vəkilin sözlərinə görə, M. Əliyev istintaq orqanının təqdimatına əsasən, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Yasamal Rayon Məhkəməsinə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR