Bakıda minik avtomobili sərnişin avtobusu ilə toqquşub

Bakıda minik avtomobili sərnişin avtobusu ilə toqquşub
# 18 noyabr 2017 21:41 (UTC +04:00)

Bakının Xəzər rayonunda minik avtomobili sərnişin avtobusu ilə toqquşub. APA-nın xəbərinə görə, Maştağa-Buzovna yolunda “VAZ-2104” markalı avtomobil avtobusla toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, səhv manevr nəticəsində baş verən qəza zamanı 107 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişin olmayıb.

Sürücülərin ciddi xəsarət olmadığı bildirilir.

Hadisə yerinə cəlb olunan yol polisi əməkdaşları qəzanın səbəblərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR