Qohumunu öldürməkdə təqsirləndirilən qardaşlara hökm oxunub

Qohumunu öldürməkdə təqsirləndirilən qardaşlara hökm oxunub
# 23 noyabr 2016 14:43 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Vüqar və Zülfüqar Yusifov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V. Yusifov və Z. Yusifovun hər biri 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı onların hər birinə 20 il həbs cəzası istəyib.

İttihama görə, 2014-cü ilin iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində Məmmədov və Yusifovlar arasında borc üstündə düşən dava qətllə nəticələnib. Qəsəbə sakini 25 yaşlı Vüqar İsmayıl oğlu Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən təhdid olunub. Tərəflərin mübahisəsi sonda davaya çevrilib, Vüqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həkimlər V.Məmmədovun həyatını xilas edə bilməyiblər. Abşeron Rayon Polis Şöbəsində istintaq apırılan zaman məlum olub ki, Vüqar Yusifovun qardaşı Zülfüqar Yusifov da hadisə yerində olub.

Vüqar və Zülfüqar Yusifov qardaşları Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR