FHN-in Mülki Müdafiə Qoşunlarında praktik məşğələ keçirilib

FHN-in Mülki Müdafiə Qoşunlarında praktik məşğələ keçirilib
# 07 aprel 2017 15:44 (UTC +04:00)

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə akademik kursunun tədris proqramına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında praktik məşğələ keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər zamanı Fövqəladə Hallar Nazirliyinin strukturu və vəzifələri, ölkədə və xarici dövlətlərdə baş verən təbii və texnogen fəlakətlər zamanı Mülki Müdafiə Qoşunlarının fəaliyyəti haqqında ətraflı danışılıb.


Dinləyicilərə Mülki Müdafiə Qoşunlarının istifadəsində olan müasir texnika və avadanlıq, tədris sinifləri və peşəkar xilasedicilərin təlimi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR