Qubada qanunsuz əldə olunmuş meşə materialı aşkarlanıb

Qubada qanunsuz əldə olunmuş meşə materialı aşkarlanıb
# 25 iyul 2018 10:07 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zaman Quba rayonu Əski İqriq kəndi ərazisində “QAZel” markalı 40-BN-228 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3 m3 həcmində fıstıq cinsli girdə işlik meşə materialı aşkar olunub.

Faktla bağlı avtomobilin sahibi Zülfüqar Muradov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 518 manat məbləğində ziyan tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR