Rusiya Baş Prokurorluğu: Peterburq metrosunda baş verənlər terror aktıdır

Rusiya Baş Prokurorluğu: Peterburq metrosunda baş verənlər terror aktıdır
# 03 aprel 2017 15:41 (UTC +04:00)

"Sankt-Peterburq metrosunda baş vermiş partlayış terror aktıdır".

APA-nın məlumatına görə, bunu “Rossiya 24” telekanalının efirində Rusiya Baş Prokurorluğunun nümayəndəsi Aleksandr Kurennoy deyib.

Təhlükəsizlik sisteminin işinin yoxlanılıb-yoxlanılmayacağına gəldikdə isə A. Kurennoy bildirib ki, məsələ ilə bağlı istintaq orqanlarının əməkdaşları məşğul olacaqlar.

Rusiya İstintaq Komitəsinin saytında yer alan məlumatda isə deyilir ki, Peterburq metrosunda baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb.

Qeyd edək ki, Peterburq metrosunda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 50 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR