Ağstafada avtobus qoyun sürüsünə girib

Ağstafada avtobus qoyun sürüsünə girib
# 08 avqust 2015 12:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Ağstafada avtobus qoyun sürüsünü vurub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 7-də saat 06 radələrində Ağstafa rayonunun Dağ Kəsəmən kəndində Gürcüstan vətəndaşı Bəhruz Əliyev idarə etdiyi “İveco” markalı avtobusla yolun hərəkət hissəsində olan qoyun sürüsünü vurub. Nəticədə xəsarət alan olmayıb, 9 baş qoyun tələf olub.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR