® Holcim Azərbaycan-dan yeni unikal məhsul artıq satışda

<font color=red>® </font> Holcim Azərbaycan-dan yeni unikal məhsul artıq satışda
# 26 iyul 2017 12:00 (UTC +04:00)

Yeni Holcim Optimal sementi iyulun 18-dən satışa buraxılıb. Məhsulun unikallığı onun yeni tərkibindədir.

Belə ki, eyni 40 kq-lıq məhsulu almaqla alıcılar 20% daha çox səthi əhatə edə biləcəklər. Eyni zamanda ustaların işi də xeyli asanlaşacaq. Bu sement 25% daha az vaxtla istənilən növ qumla asan qarışır, asan yapışması ilə 30% daha az məhsul itkisinə yol verir və ən son olaraq 60% daha tez ilkin möhkəmlik təmin edir.

Peşəkar yanaşma məhsulun hazırlanmasında da öz əksini tapıb. Məhz yerli ustaların rəy və istəkləri, həmçinin Lafarge Holcim-in beynəlxalq ekspetlərinin səyi nəticəsində nəfəs alan texnologiya tətbiq olunub. Azərbaycanda ilk dəfə olan bu texnologiyanın sayəsində artıq divarlar da nəfəs alacaq. Belə ki, divarlarda yaranan rütubət aradan qalxacaq və divarlar daima quru qalacaq. Yeni Qaradağ Optimal sementi daxili suvaq, daş və kərpiç arakəsmə hörgüsü üçün nəzərdə tutulub.

Hər zaman yeni texnologiyalar tətbiq edən Holcim Sement bundan sonra da sement alıcılarının istifadəsinə yeni məhsullar təqdim edəcək.

Bu məhsul ustaların əvəzsiz seçiminə çevriləcək.

Usta olan bilər!

***

Holcim Azərbaycan dünyanın aparıcı sement təchizatçılarından olan Holcim Qrupunun bir hissəsidir. 1912-ci ildə İsveçrədə təsis edilmiş Qrup bütün qitələrdə bazar payına, o cümlədən 70-dən çox ölkədə böyük və kiçik sərmayə paylarına malik olan aparıcı qlobal oyunçuya çevrilib. 1999-cu ildən Holcim şirkətinin Qaradağ Sementdə reallaşdırdığı investisiya layihələri daim yeni inşaat, ətraf mühit və sosial standartların tətbiqinə istiqamətlənir.

2015-ci ilin iyul ayında Holcim Azərbaycan şirkətin tarixində növbəti addım atdı və dünyanın ən nüfuzlu təşkilatlardan biri Lafarge Holcim (LH) adlı güclü təşkilatın hissəsi oldu. Sement, beton və aqreqatlar sektorlarda 180 ildən artıq təcrübəsi ilə Lafarge və Holcim şirkəti birləşərək tikinti materialları sənayesində aparıcı şirkət yaranıb. Hal-hazırda şirkətin 115 000-dən çox işçisi dünyanın 90 ölkəsində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR