İş adamına qarşı 450 min manatlıq dələduzluqda təqsirləndirilən qadınlar məhkəmə zalından azadlığa buraxılıblar

İş adamına qarşı 450 min manatlıq dələduzluqda təqsirləndirilən qadınlar məhkəmə zalından azadlığa buraxılıblar
# 06 aprel 2018 11:09 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkay Əkbərli və Ceyran İsmayılzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs barəsində 1 il sınaq müddəti seçilməklə şərti cəza seçilib. Onlar məhkəmə iclas zalından azadlığa buraxılıblar.

Məhkəmə hökmü elan edərkən, iş üzrə dəymiş ziyanın ödənilməsini nəzərə alıb.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunurlar. Onların Bəhruz Nağıyev adlı iş adamının 450 min manat pulu dələduzluq yolu ilə aldıqları bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR