Ötən ay Gürcüstanda iqtisadi artım 7%-dək yüksəlib

Ötən ay Gürcüstanda iqtisadi artım 7%-dək yüksəlib
# 30 may 2018 09:26 (UTC +04:00)

Aprel ayında Gürcüstanda ÜDM-in artım tempi 6,5% təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, bu ilin ilk dörd ayında ÜDM-in orta real artım tempi 5,5% olub.

Ötən ay Gürcüstanda istehlak qiymətləri mart ayı ilə müqayisədə 0,2% ucuzlaşıb. Yanvar-aprel aylarında xarici ticarət dövriyyəsinin həcmi 22,1% artaraq 3 mlrd. 783,2 mln. dollar təşkil edib.

Qonşu ölkədə aprel ayında 4 037 müəssisə qeydiyyatdan keçib ki, bu da illik müqayisədə 9,3% çoxdur.

Dövlət büdcəsinin gəlirləri 765 mln. lari, xərcləri isə 780,4 mln. lari təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR