Sabirabad sakinini elektrik cərəyanı vuraraq öldürüb

Sabirabad sakinini elektrik cərəyanı vuraraq öldürüb
# 28 iyul 2017 20:28 (UTC +04:00)

Sabirabad sakini ehtiyatsızlıq nəticəsində ölüb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə rayonun Həsənli kəndi ərazisində baş verib. Kənd sakini 1994-cü il təvəllüdlü Fərzəliyev Bilal Məhəmmədəli oğlunu elektrik cərəyanı vurub öldürüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR