Bakıda avtomobil təmiri sexində yanğın olub, 1 maşın yanıb

Bakıda avtomobil təmiri sexində yanğın olub, 1 maşın yanıb
# 23 aprel 2017 19:30 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus avtomobil təmiri sexində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Təmir sexi yanğından mühafizə olunub. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR