Bakıda qaraj, Astarada ev yanıb

Bakıda qaraj, Astarada ev yanıb
# 24 dekabr 2016 11:44 (UTC +04:00)

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş, ümumi sahəsi 70 m2 olan qarajın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 12:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Astara rayonu, Ərçivan kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın aynabəndin yanar konstruksiyaları 50 m2 sahədə və dam örtüyü 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR