Gəncədə 18 yaşlı oğlan bıçaqlanıb

Gəncədə 18 yaşlı oğlan bıçaqlanıb
# 29 avqust 2017 23:28 (UTC +04:00)

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1999-cu il təvəllüdlü Vilayəddin Hüseynov qarının kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən gəncin vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, V. Hüseynov şəhərin Dədə Qorqud küçəsindəki parkda bıçaqlanıb. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR