AMB uçot dərəcəsini yenidən azalda bilər

AMB uçot dərəcəsini yenidən azalda bilər
# 09 aprel 2018 13:49 (UTC +04:00)

"Mövcud şərtlər dəyişmədiyi təqdirdə, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini ilin sonuna qədər dəyişə bilər".

"APA-Economics" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransın da deyib.

Onun sözlərinə görə, məzənnə gözləntiləri imkan verir ki, getdikcə monetar şərait normallaşsın. “Monetar şəraitin normallaşdırılması pulun həcmi və dəyəri ilə ölçülür. Pulun həcmini biz artırmışıq, birinci rübdə də pul kütləsi 11 faiz artıb. Düşünürük ki, bank sektorunda likvidlik olduğu şəraitdə bu artım optimaldır. Uçot dərəcəsi mövcud şərtlər olduğu təqdirdə azala bilər. Bununla da monetar şəraiti neytral həddə yaxınlaşdıra bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR