Bu il aqrar sahədə müxtəlif subsidiyaların ödənilməsi və islahatlara 288 mln. manat yönəldiləcək

Bu il aqrar sahədə müxtəlif subsidiyaların ödənilməsi və islahatlara 288 mln. manat yönəldiləcək
# 06 aprel 2018 07:18 (UTC +04:00)

"2018-ci ildə büdcədən kənd təsərrüfatına 656 milyon manat vəsait ayrılıb".

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. Onun sözlərinə görə, ki, bu vəsaitin 288 mln. manatı müxtəlif subsidiyaların ödənilməsi və aqrar sahədə islahatların aparılmasına yönəldiləcək.

"Kənd təsərrüfatında əldə olunan nəticələri 2017-ci ilin timsalında da görmək mümkündür. Belə ki, 2017-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 6 milyard 580 milyon manat (4 milyard dollar), bu sahədə yaradılan ümumi daxili məhsul 3,9 milyard manat (2,3 milyard dollar), ümumi daxili məhsulda kənd təsərrüfatının payı 5,6 faiz təşkil edib. 2007-2016-cı illərdə yalnız yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə və reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən hər il 150-180 milyon manat həcmində subsidiya verilib", - deyə E.İbrahimov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR