XİN rəhbəri: “İsrail Meksikadan üzr istəməlidir”

XİN rəhbəri: “İsrail Meksikadan üzr istəməlidir”
# 30 yanvar 2017 18:33 (UTC +04:00)

Rəsmi Tel-Əviv baş nazir Benyamin Netanyahunun sözlərinə görə Meksikadan üzr istəməlidir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Meksikanın xarici işlər naziri Luis Videqaray bildirib.

“Biz baş nazirin açıqlaması ilə bağlı izahat, ən yaxşısı isə üzr etməyini gözləyirik”, deyə XİN rəhbəri bildirib.

Bundan əvvəl Benyamin Netanyahu Donald Trampın Meksika ilə sərhəddə divar tikmək niyyətini gözəl ideya adlandırıb və bildirib ki, vaxtilə ölkəsinin Misirlə sərhədi bağlaması Afrikadan miqrasiya axınının tamamilə qarşısını alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR