Dubay İctimai kitabxanasında prezident İlham Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında kitab təqdim olunub

Dubay İctimai kitabxanasında prezident İlham Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında kitab təqdim olunub
# 22 noyabr 2017 12:03 (UTC +04:00)

Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş konsulu Pərviz İsmayılzadə Dubay İctimai Kitabxanasının baş ofisində görüş keçirərək, Azərbaycan Prezidenti İlham Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında Graeme H. Uilsonun müəllifi olduğu “İlham Portrait of a President” kitabını təqdim edib.

Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, görüşdə Dubay İctimai Kitabxanasının baş direktoru Səid Əl Nabouda, müşavir Saleh Əl Qassim, direktor Hissa Əhməd bin Masud, mütəxəssis Əbdülrəhman İbrahim Yunis iştirak edib.

Baş konsul Azərbaycanla BƏƏ arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə etmiş, həmçinin siyasi, iqtisadi, turizm, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.

Baş direktor Səid Əl Nabouda Baş konsul ilə görüşməkdən məmnunluğu ifadə edərək, kitabın təqdimatını yüksək qiymətləndirib, Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, dünyada böhran və müharibələrin baş qaldırdığı bir dövrdə Azərbaycanı çiçəklənən diyara çevirməsi haqqında qiraət etməyin oxucular üçün xüsusilə maraqlı olacağını vurğulayıb.

Baş konsulun kitab haqqında ümumi məlumat verməsindən sonra, Hissa Əhməd bin Masud kitabxananı əlavə olaraq daha yüz ədəd təmin etmələrini xahiş edib.

Baş konsul kitabxananın istəyini müsbət qarşılayaraq, yaxın günlərdə bu xahişin yerinə yetiriləcəyinə söz verib.

Görüşdən sonra qədim əlyazmalar, onlayn müraciət və axtarış, 1963-cü ilə aid kitabxana haqqında ilk rəsmi məktub və digər bölmələr ilə tanışlıq xarakterli tur təşkil olunub.

Görüşün sonunda hər iki tərəf gələcək əməkdaşlığın perspektivlərinə dair yekun müzakirələr aparıb, Baş konsulluğun təşkil edəcəyi tədbirlərdə Dubay İctimai Kitabxanasının idarə heyətinin nümayəndələrinin, Baş konsulluğun əməkdaşlarının isə Dubay İctimai Kitabxanasının tədbirlərinə qatılacağına dair razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR