Şəmkirdə avtomobil kanala aşıb, sürücü xəsarət alıb

Şəmkirdə avtomobil kanala aşıb, sürücü xəsarət alıb
# 05 aprel 2017 20:00 (UTC +04:00)

Şəmkirdə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Eşqin Hüseynov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı kanala aşıb. Sürücü müxtəlif bədən xəsarətləri alaraq rayon Mərkəzi xəstəxanaya, oradan isə Gəncədə olan tibb müəssisələrin birinə aparılıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR