“Azərbaycanda BNTİ günləri” adlı sessiya keçirilib

“Azərbaycanda BNTİ günləri” adlı sessiya keçirilib
# 13 oktyabr 2016 08:51 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün AMEA-nın "Alimlər evi"ndə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) 60 illiyinə və bu təşkilatın müstəqil Azərbaycanla əməkdaşlığının 25 illiyinə həsr olunmuş "Azərbaycan Respublikasında BNTİ günləri" adlı elmi sessiya keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə AMEA rəhbərliyi, BNTİ-yə üzv dövlətlərin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, belə bir elmi sessiyanın Azərbaycanda keçirilməsi əlamətdar hadisədir. Onun sözlərinə görə, elmi sessiya BNTİ-nin alimləri tərəfindən aparılır.

Akademik qeyd edib ki, Azərbaycan alimləri BNTİ-nin elmi-tədqiqatlarında yaxından iştirak edir: "Bu, əsasən meqaproyekt adlanan elmi istiqamətdir. Bizim alimlər bu institutun vasitəsilə Avropa Nüvə Tədqiqatlar Mərkəzi ilə də əməkdaşlıq edir. Müəyyənləşən sahələrdə tədqiqatlar uğurla davam etdirilir. Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə bizim tədqiqatlar ağır elementlərin öyrənilməsi və ağır elementlərin fizikasının öyrənilməsi istiqamətində aparılır. Bizim gənc geofiziklər bu institutda təcrübə keçir".

Daha sonra tədbir elmi məruzələrlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR