Rusiya bir neçə dövlətin diplomatlarını ölkədən çıxarır

Rusiya bir neçə dövlətin diplomatlarını ölkədən çıxarır
# 30 mart 2018 14:47 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi bir neçə ölkənin bəzi diplomatının ölkədən çıxarılması barədə qərar verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiya 4 polşalı diplomatın aprelin 7-nə kimi ölkədən çıxarılmasını tələb edib.

Bununla yanaşı, 3 litvalı, 2 italiyalı, 1 finlandiyalı, 1 latviyalı dilomatın, habelə Niderland diplomatik missiyasının 2 əməkdaşının və Estoniyanın hərbi attaşesi Toomas Pedanın da aprelin 7-dək ölkədən çıxarılması barədə qərar qəbul olunub.

Martın 30-da Rusiya Xarici İşlər Nazirliyi “Skripal işi” ilə bağlı Böyük Britaniya ilə həmrəylik nümayiş etdirmiş ölkələrin Rusiyada akkreditə olunmuş diplomatik missiyalarının rəhbərliyini nazirliyə çağırıb.

Qeyd edək ki, martın 4-də Rusiya Baş Təhqiqat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Slosberi şəhərinin mərkəzində huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti hər iki şəxsin zəhərləndiyini bildirib. Cavab tədbiri olaraq rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Britaniyanın bu qərarına dəstək olaraq Aİ-nin 16 ölkəsi, ABŞ, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR