ABB-nin Rusiyadakı törəməsinin aktivləri 24% azalıb

ABB-nin Rusiyadakı törəməsinin aktivləri 24% azalıb
# 25 iyul 2017 11:45 (UTC +04:00)

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəməsi "ABB-Moskva" MMC-nin aktivlərinin həcmi cari ilin iyulun 1-nə 22,3 mlrd. rubl təşkil edib.


"APA-Economics" xəbər verir ki, bu göstərici ilə törəmə Rusiyanın banklarının aktivlərin həcminə görə renkinqində 148-ci pillədə qərarlaşıb. Siyahıda 566 bank yer alıb.


Cari ilin aprel ayının 1-nə bank 142-ci pillədə idi. Beləliklə, ikinci rübdə bank 6 pillə geriləyib.


Geriləmənin səbəbinə gəlincə, ikinci rübdə bankın aktivləri 8,1% azalıb. Ümumilikdə ilin ilk yarısında bankın aktivləri 24% azalıb.


"ABB-Moskva" 2002-ci ilin yanvarında təsis olunub. 2004-cü ildən etibarən bank Rusiyanın Əmanətlərin Sığortalanması Sisteminə daxil olunub. Hazırda bankın səhmlərinin 100%-i ABB-yə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR