Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər xəsarət alıb

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər xəsarət alıb
# 30 iyul 2015 07:37 (UTC +04:00)

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə Ucar-Zərdab magistral yolunun 2-ci kilometrliyində, Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. 1962-ci il təvəllüdlü Şükürov Famil Nəsib oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik maşını ilə, 1957-ci il təvəllüdlü Əliyev Bəxtiyar Mirəddin oğlunun idarə etdiyi “VAZ 2106” markalı minik maşını toqquşub. Nəticədə “VAZ 2106”-nın sərnişini, Boyat kənd sakini, 1983-cü il təvəllüdlü İmanov Seymur İman oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Hadisənin baş vermə səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR