Azərbaycanda cinayət törətməkdə təqsirləndirilən şəxs ölkədən qaçmaq istəyərkən sərhəd-keçid məntəqəsində tutulub - VİDEO

Azərbaycanda cinayət törətməkdə təqsirləndirilən şəxs ölkədən qaçmaq istəyərkən sərhəd-keçid məntəqəsində tutulub - <span style="color: red;">VİDEO
# 31 iyul 2015 12:34 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, iyulun 30-da saat 23:30 radələrində Şirvan şəhəri M.Əzizbəyov küçəsi, 21 ünvanında yerləşən fərdi yaşayış evində Hacıqabul sakini, 1978-ci il təvəllüdlü Elşən Əlizadə oğlu Bağıyev yeznəsi, 1979-cu il təvəllüdlü Cəfərov Fizuli Vilayət oğlunu bıçaqlayıb.

Əvvəllər məhkum olunmuş E. Bağiyev yeznəsini bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

Bu gün səhər saatlarında o, dövlət sərhədini keçmək istəyərkən Samur sərhəd-keçid məntəqəsində saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR