Qubada avtomobil yanıb

Qubada avtomobil yanıb
# 30 iyul 2015 01:37 (UTC +04:00)

Bakı-APA. Qubada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Qırmızı Qəsəbə qəsəbəsində vətəndaşa məxsus "Mercedes" markalı, minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR