Vəkillər Kollegiyasının nəzdində ehtiyacı olan vətəndaşlara hüquqi yardımla bağlı qurum yaradılıb

Vəkillər Kollegiyasının nəzdində ehtiyacı olan vətəndaşlara hüquqi yardımla bağlı qurum yaradılıb
# 20 dekabr 2019 10:23 (UTC +04:00)

“Dövlət hesabına təmin edilən hüquqi yardımla bağlı problem aradan qaldırılmaqdadır”.

APA-nın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

A. Baığırov deyib ki, Nazirlər Kabinetinə müvafiq tapşırıq verilib, akt hazırlanır: “İlk dəfə büdcədən dövlət hesabına hüquqi yardımla bağlı ayrılan vəsait Vəkillər Kollegiyasının hesabına köçürüləcək. Bundan əvvəl bu sahədə süründürməçilik vardı. Bununla bağlı gələn aydan Vəkillər Kollegiyasının nəzdində Hüquqi Yardım və Təlim Mərkəzi fəaliyyətə başlayacaq”.

A. Bağırov qeyd edib ki, indiyə qədər vəkillərin ekspertiza üçün müraciət etmək hüququ yox idi: “Artıq qanunvericiliyə edilən dəyişikliyə əsasən, vəkil bilavasitə Məhkəmə Ekspertiza Mərkəzi, yaxud gələcəkdə fəaliyyət göstərəcək özəl məhkəmə eksperti ilə müqavilə bağlamalı və ekspertiza üçün müraciət etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR