Nazirlik: Qəzada xəsarət alan neftçilərdən birinin durumu ağırdır

Nazirlik: Qəzada xəsarət alan neftçilərdən birinin durumu ağırdır
# 03 noyabr 2017 08:05 (UTC +04:00)

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı baş verən qəzada ağır kəllə-beyin xəsarəti alan qazma köməkçisi, 1965-ci il təvəllüdlü Fikrət Gözəlov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, dünən gecə xəstəxanaya gətirilən F. Gözəlov reanimasiya şöbəsindədir. Ağır durumda olan F. Gözəlovun müalicəsi davam etdirilir.

Xəsarət alan digər qazma köməkçisi Cavad Ədilov isə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır.

C. Ədilov bütün lazımi müayinələrdən keçirilib, həyatı üçün təhlükə yoxdur. Onun bu gün evə buraxılması gözlənilir.


Qeyd edək ki, SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev “APA-Economics”ə bildirib ki, qəza nəticəsində iki nəfər qazma köməkçisi - Fikrət Gözəlov və Cavad Ədilov xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR