Qazaxda mikroavtobusun iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində 1 nəfər ölüb - FOTO

Qazaxda mikroavtobusun iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində 1 nəfər ölüb - FOTO
# 21 mart 2020 15:07 (UTC +04:00)

Ötən gecə Qazaxda baş verən qəzadan sonra xəstəxanaya yerləşdirilən bir nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun  məlumatına görə ölən şəxs 30 yaşlı Qorxmaz Murquzovdu.

 

Qeyd edək ki 5 nəfərin xəsarət alması ilə nəticələn ağır yol qəzası gecə saatlarında Bakı Qazax Gürcüstan avtomagistral yolunun  rayonun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki yüksək   sürətlə  idarə olunan   “VAZ 2107“, markalı minik maşını "Mercedes" markalı mikroavtobusa, sonra  Land Cruiser"-ə çırpılıb. 

Qəza  nəticəsində   3  avtomobildə olan  5 nəfər  xəsarət  alıb . Hadisə  yerinə  Fövqəladə  hallar nazirliyinin  Dövlət yanğından  Mühafizə idarəsinin əməkdaşları  cəlb olunub.  “VAZ 2107“,   markalı  avtomobildə sıxılıb qalan 3 nəfər deformasiyaya  uğrayan avtomobildə   çıxarılaraq  aidiyyəti   üzrə   təhvil verilib. Ümumilikdə  5 nəfər  xəstəxanaya  aparılıb . Bunlar 29 yaşlı Vüqar Bənnayev, 31 yaşlı Afiq Carciyev, 30 yaşlı Qorxmaz Murquzov və 30 yaşlı İkram Qocayev və 10 yaşlı Təranə Məmmədovadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR