Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin mənfi saldosu 44% azalıb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin mənfi saldosu 44% azalıb
# 19 dekabr 2019 11:48 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 932 777,1 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,7% azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Gürcüstanın ümumi ticarət dövriyyəsinin 8,1%-i Azərbaycanın payına düşüb

Hesabat dövründə Gürcüstan Azərbaycandan 488 159,0 min dollarlıq mal və məhsullar idxal edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% azalıb.

Gürcüstanın Azərbaycana ixracı isə 444 618,2 min dollar təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2% çoxdur.

Nəticədə, Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 43 540,8 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 44,4% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR