ABŞ-da baş verən silahlı insident nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB

ABŞ-da baş verən  silahlı insident nəticəsində 2 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 27 mart 2017 01:32 (UTC +04:00)

ABŞ-ın Klivlend şəhərində (Ohayo ştatı) baş verən atışma nəticəsində 2 nəfər ölüb, daha 2-i yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 4 nəfərin yaralandığı bildirilirdi.

Məlumata əsasən, ölənlər 17 və 19 yaşlı gənclərdir. Hadisə nəticəsində xəstəxanaya çatdırılan digər iki nəfərin vəziyyəti açıqlanmır.

İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

***

02:24

ABŞ-ın Klivlend şəhərində (Ohayo ştatı) baş verən atışma nəticəsində azı 4 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onların vəziyyətləri barədə hələ ki, məlumat verilmir.

Hazırda insidentin təfərrüatları müəyyənləşdirilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Ötən gün ABŞ-ın Ohayo ştatında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Tsintsinnati şəhərindəki “Kameo” gecə klubunda ən azı 2 nəfər klubdakı insanları atəşə tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR