Bu gün Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən daha bir şəxs xilas edilib

Bu gün Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən daha bir şəxs xilas edilib
# 17 iyul 2015 15:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakıda bir nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Səbail rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 m sağda, nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR